Xəbər lenti

Qadını şantaj edib, 10 min manat istədi - Bakıda
Ölkə15:47 28.08.2015

Qadını şantaj edib, 10 min manat istədi - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qadını video şantajla hədələyən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərə görə, Elvin Nəbiyev internet vasitəsi ilə tanış olduğu qadın barəsində rüsvayedici videogörüntülər yayacağı ilə onu hədələyib.

O, qadından 10 min manat tələb edərkən tutulub. Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadını şantaj edən yaxalanıb.

Qaynar.info