Xəbər lenti

Qadının alt paltarında narkotik maddə aşkarlandı
Ölkə14:10 23.06.2014

Qadının alt paltarında narkotik maddə aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qadının həbsxanaya narkotik maddə keçirməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin mətbuat xidmətindən verilən məlumata görə, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Cavidan Əhmədağa oğlu İbişovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Kəmalə Həsənağa qızı Heydərovanın üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi içərisində 37 (otuz yeddi) ədəd olan sellofana bükülmüş “Tramadol” dərman həbləri aşkar edilərək götürülüb. 

Fakt üzrə araşdırma aparılır.

Qaynar.info