Xəbər lenti

Qadının əl-ayağını bağlayıb yandıranlar həbs olundu - Gəncədə
Ölkə09:00 13.11.2014

Qadının əl-ayağını bağlayıb yandıranlar həbs olundu - Gəncədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə bir neçə gün əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb.

Kəpəz TV xəbər verir ki, Daxili İşlər Nazirliyi, Gəncə Şəhər Baş Polis İdarəsi, Gəncə Şəhər Prokurorluğu və Kəpəz Rayon Polis İdarəsinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayının 7-də Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, bina 81, mənzil 30-da yaşayan 47 yaşlı Pərvanə İsmayılovanı əl-ayağını bağlayaraq yandırıb qətlə yetirən şəxslər saxlanılıb.

Məlum olub ki, onlar Gəncə səhər sakinləri - əvvəllər məhkum olunmuş 27 yaşlı Rüstəm Hüseyinov və 26 yaşlı Müşviq Cəlilovdur.

Qeyd edək ki, hər iki şəxs Pərvanə İsmayılovanın qonşusu olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qaynar.info