Xəbər lenti

Qadının maşınının yanacaq çəninə su tökdü, evinin işığını söndürdü - Həbs olundu
Ölkə 17:49 29.09.2025

Qadının maşınının yanacaq çəninə su tökdü, evinin işığını söndürdü - Həbs olundu

Bakıda tanıdığı xanımın avtomobilinin yanacaq çəninə su tökən və evinin işığını söndürən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1985-ci ildə Bakı şəhərində doğulmuş V.Z. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs taksı fəaliyyəti ilə məşğul olur və ötən ildən C.X. adlı xanımla münasibətləri yaranıb. Lakin bir müddət əvvəl C.X. ilə münasibətləri pozulan V.Z. onunla danışmaq qərarına gəlib. 

Amma zərərçəkmiş şəxs maşının qapısını və şüşəsini bağlayaraq, onunla danışmaqdan imtina etdiyi üçün təqsirləndirilən şəxs onun avtomobilinin yanacaq çəninə su töküb və digər xırda xuliqanlıq əməllərini törədib. Hətta C.X.-nın yaşadığı evin işıqlarını söndürüb, iş yerinin qarşısında gedərək onu təhqir də edib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib və barəsində 5 gün müddətinə inzibati həbs tətbiq olunub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->