Sabunçu rayonunun eyniadlı qəsəbəsində yerləşən "Panoramic" oteldə tanış qadının başına bakal vuran şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Nurlan B. barəsində Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə cinayət işi açılıb.
Nurlan sözügedən oteldə tanışı olan qadını "Vasmoy" kimi tanınan bazarda ətir satan şəxsi döyməkdə təqsirləndirilib. Belə ki, Nurlan əvvəlcədən tanıdığı qadınla "Panoramic" oteldə gedib. Oteldə olan zaman spirtli içki qəbul edərək, orada qalıblar. Gecə saatlarında aralarında söz-söhbət yarandığı üçün Nurlan onu döyüb və başına bakal çırpıb.
Bundan başqa o, "Vasmoy" kimi tanınan bazarda ətir satan Cabir (şərti) adlı şəxsi də döyüb. Buna səbəb isə Cabirin ətir yağlarının topdan satışı ilə məşğul olan Türkiyə vətəndaşı - Kral adlı şəxsə borcu olması olub.
Məhkəmədə zərərçəkmişlər təqsirləndirilən şəxslə barışdıqlarını deyiblər. Məhkəmənin qərarı ilə Nurlan 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.
Aydın
Şərhlər