Xəbər lenti

"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi"nin fəal üzvləri İstanbulda (FOTOLAR)
Ölkə10:07 01.08.2018

"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi"nin fəal üzvləri İstanbulda (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin fəal üzvləri Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə Türkiyənin İstambul şəhərində 22-28 iyul 2018-ci il tarixlərdə keçirilən təcrübə mübadiləsi proqramında iştirak etdilər.
Təcrübə mübadiləsi proqramının əsas məqsədi yerli özünüidarəetmədə qadınların hüquqlarının müdafiəsi və qadın liderliyinin təşviqi, qadınların salahiyyətləndirilməsi və onların ictimai-iqtisadi həyatda fəal iştirakı, seçildikləri ərazilərdə abadlıq işləri ilə yanaşı, sosial məsələlərin, sağlamlıq və qadın məşğulluğun təminatı, ailə, qadın və uşaqların problemlərinin həllində aktiv iştirakının təbliği sahəsində bələdiyyələrdə görülən yaxşı təcrübənin öyrənilməsidir.
Proqram çərçivəsində Türk Dünyası Bələdiyyələr Birliyində, Başakşehir, Kocaeli Büyükşehir, Beylikdüzü, Küçükçekmece, Zeytinburnu Bələdiyyələrdə və İSMEK, İŞKUR, KO-MEK və Kadın Dayanışma və Spor İstanbul Mərkəzlərində yüksək səviyyədə görüşlər keçirilib.
Proqram iqtisadiyyat, sosial, mədəniyyət, təhsil, səhiyyə və sport sahələrini, eləcə də qaçqın qadınlarının və əngəlli uşaqların problemlərinin həllinə yönəlmiş bələdiyyələrinin həyata keçirdiyi müxtəlif layihələri əhatə edib.
Mübadilə proqramının əsas tərəfdaşları Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları və Milli QHT Forumun yanında Bələdiyyə İnkişaf Mərkəzidir.
Nümayəndə heyətinin rəhbəri Bakı şəhəri Suraxanı rayonun Qaraçuxur bələdiyyəsinin müavini və təşkilatın sədri Lyudmila Xəlilova bildirib ki, Təcrübə Mübadiləsi Proqramında Binəqədi rayonun Binəqədi qəsəbə bələdiyyəsinin sədri, Sabunçu rayonun Ramana qəsəbə bələdiyyəsinin sədri, Nizami rayon Keşlə qəsəbə bələdiyyəsinin müavini, Abşeron rayonun Mehdiabad qəsəbə bələdiyyəsinin sədr müavini, Goranboy rayonun Fəhralı kənd bələdiyyəsinin sədri, Tərtər rayonun İrevanlı kənd bələdiyyəsinin sədri, Sumqayıt şəhər bələdiyyəsinin və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri iştirak ediblər.