Xəbər lenti

Qadınlar niyə dini ekspert kimi tanınmırlar? - Səbəblər
Ölkə11:31 29.08.2016

Qadınlar niyə dini ekspert kimi tanınmırlar? - Səbəblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan media hansısa dini mövzunu müzakirə edəndə daha çox kişi dini ekspertlərə üz tutmalı olur. Bunun səbəbi isə ölkəmizdə qadın dini ekspertlərin az olmasıdır. Azərbaycanda ilhaiyyatçı qadınlar niyə dini ekspert kimi tanınmırlar? İslam dini qadınların dini şərhlər verməsinə məhdudiyyət qoyurmu? Bununla bağlı Qaynarinfo.az bir neçə dini ekspertə üz tutub. 

Dini ekspert, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, islam dini bununla bağlı heç bir qadağa qoymur:"Yəni qadınlar da, kişilər kimi istənilən elmə, o cümlədən dini elmlərə yiyələnə bilərlər. Azərbaycanda savadlı ilahiyyatçı qadınlar var, təəssüf ki, onların sayı azdır. Bir sıra məsələlər var ki, onları məhz qadın ekspertlər şərh etsə, daha yaxşı olar".

Hacı Şahin deyib ki, ilahiyyatçı qadınların ictimailəşmək istəməməsinin səbəbi ona aydın deyil:"Ola bilsin, bizdə bunun ənənəsi hələ formalaşmayıb".

Qadınların kişilərə nisbətən emosional olduqları üçün onların dini məsələləri şərh etməsinin düzgün olmadığı barədə fikirləri isə, Şahin Həsənli qəbul etməyib:"Hər hansı bir mövzunu dini baxımdan şərh etmək, hökm vermək deyil. Hökm verməklə bağlı dinin özünəməxsus baxışı var, amma bu, hökm vermək deyil".

Dini ekspert Elşad Miri də dini ekspert qadınların çox olmasının vacibliyini deyib:"Bu məsələ bu gün nəinki müsəlmanlığın bərqərar olduğu başqa ölkələri də narahat edir. Məsələn, Türkiyənin Diyanət İşlələri Bakanlığı bir açıqlamasında qadınlardan üzr istəmişdi ki, onlar bu günədək arxa planda qalıblar".

E.Miri bildirib ki, islam dini qadınların ictimai fəaliyyətlə məşğul olmasına maneə yaratmır:"Peyğəmbərin xanımı Ayşə anamız insanlara peyğəmbərin hökmlərini izah edib. Bəzi məsələlər var ki, qadınlar Peyğəmbərin özündən soruşa bilməyiblər, gəlib ondan soruşublar. Hətta Ayşə anamız İmam Əli ilə birgə savaşa da gedib. Həmin döyüş məhz onun mindiyi dəvəyə görə "Cəməl" döyüşü adlanıb. Peyğəmbərin dövründə qadınlar ictimai həyatın heç bir sahəsində geridə qalmayıblar".

Ekspert deyir ki, Azərbaycanda qadınların dini ekspert kimi geniş tanınmamasının səbəbləri çoxdur:"Ona görə ki, İslam universiteti ilahiyyatçı deyil, din xadimləri istehsal edir. Oranı bitirən qadınların əksəriyyəti yas məclislərində mərsiyəxanlıq edirlər. Kişilər də yas məclislərini aparmaq, kimsə yuxuda ölüsünü görəndə ona quran oxumağa yarayırlar. Bu universitet nə bir qadın ekspert ortaya çıxara bilmir, nə də bir kişi ekspert. Elə ekspertlər var ki, ictimailəşməyə çəkinir ki, işlədiyi yerdə problem yaradarlar. Bəziləri ailə qurur, yoldaşı qoymur və sairə. Bir qadın ekspert də var, televiziyalara "müştəri" tutmaq üçün çıxır ki, sonra onu yaslara dəvət etsinlər".

Qızılgül

Qaynarinfo.Az