
“Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“ layihəsi çərçivəsində “Polislər arasında məişət zorakılığı qurbanları ilə davranış qaydaları” mövzusunda seminar keçirilib
Qaynar.info xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramın çərçivəsində Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən ibarət QHT Koalisiyası tərəfindən icra olunan “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“ layihəsi çərçivəsində Beyləqan şəhərində polis işçiləri ilə “Məişət zorakılığı qurbanları ilə davranış qaydaları” mövzusunda seminar keçirilib.
Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirilən bu təlimdə Beyləqan Polis Şöbəsinin əməkdaşları- sahə müvəkkilləri, müstəntiqlər, zabit heyəti iştirak etmişdir. Təlimdən əvvəl və təlimdən sonra, polis əməkdaşları arasında məişət zorakılığının formaları və eləcə də onlardan zərər çəkmişlərlə davranış qaydalarına dair test suallar keçirildi.
Təlim zamanı, məişət zorakılığı qurbanları ilə davranış, zərəçəkmişlərlə bağlı sübutların toplanması, dindirilmə prosesində sualların daha uyğun verilməsi kimi məsələlər geniş müzakirə edilib.
Qaynar.info