Xəbər lenti

Qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanıldı
Ölkə14:56 01.11.2013

Qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboy sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb

Cari il fevralın 18-də Sahilə Əliyevanın Ramazan adlı şəxs tərəfindən döyülməsi barədə verilmiş məlumatla əlaqədar Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Nərimanlı kənd sakini Nərgiz Namazovanın rayon ərazisində işlətdiyi “Söyüdlük” kafesində bu ilin sentyabr-oktyabr ayları ərzində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi və həmin kafedə Sahilə Əliyavanı, Fərqanə Vəliyevanı, Kəmalə Abbasovanı, Ruhiyyə Mirzəyevanı və Nailə Məlikovanı fahişəliyə cəlb etməsi müəyyən edilib. 

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Namazova saxlanılıb.

Hər iki faktla bağlı qaldırılmış cinayət işləri üzrə tədbirlər davam etdirilir.