
Hər yeni bölümü yayımlandıqdan sonra daha çox tamaşaçı diqqətinə səbəb olan “Məhkumlar” bədii televiziya serialının 25-ci hissəsində də bir sıra maraqlı hadisələr baş verir.
Belə ki, bu bölümdə müstəntiq Rüstəm Adilin qətlə yetirilmiş rusiyalı xanım vəkil Kristinayla əlaqələrinə aid bəzi sirlərin izinə düşür. Şəbnəm atasının yaxın dostu hesab etdiyi Fazili – atası Zər Şahmarı evlərinə gətirir. Onun Tunzaləylə söhbətlərinə şahid olan Şəbnəm özü və atasıyla bağlı bəzi gizlinləri öyrənir. Bu söhbət əsnasında bir daha Tunzalənin söylədiyi bir çox yalanların üstü açılır və Şahmar ustalıqla anayla qızı üz-üzə qoymağa nail olur.
Bir vaxtlar oğurlanmasıyla əlaqədar müəyyən sirli məqamları Xuramana danışan Leyla eyni zamanda, Adillə bağlı anasının qarşısında qəti şəkildə şərt qoyur. Bu ana-balanın söhbətini eşidən Şahmar bir çox sirrin məğzini öyrənir. Restoranda yemək yeyərkən hücuma məruz qalan Xuramanı da məhz elə o, basqınçılardan qoruyaraq kömək edir...
“Məhkumlar” serialının qadın qəhrəmanların şok yaradan sirləriylə zəngin olan 25-ci bölümünü bu gün axşam saat 19.15-də ATV kanalında izləməyi unutmayın.
Qaynar.info