Xəbər lenti

“Qafqaz Qartalı”nın gecə tapşırıqlarından görüntülər
Ölkə11:35 08.06.2024

“Qafqaz Qartalı”nın gecə tapşırıqlarından görüntülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024” təlimi davam edir.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
"Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.