Bu gün Azərbaycan Dövlət Nefr Şirkəti təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyətini dayandırıb.
ARDNŞ bunu “ABTM-də (Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi) yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq” atıb.
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin saytında verilən məlumata əsasən, ABTK Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkəti, “Practical Solutions Group” və “Çağ” Öyrətim İşlətmələri Şirkətinın təsisçiliyi ilə fəaliyyət göstərən ictimai birlikdir.
Birliyin tərkibində 1 gimnaziya, 11 lisey və 1 Beynəlxalq İstedadlar Kompleksi var. ABTM-in təhsil fəaliyyətinin ən yüksək zirvəsində isə Qafqaz Universitetinin durduğunu qurum rəsmən bəyan edir.
ARDNŞ-in verdiyi qərardan sonra sözügedən gimnaziya, liseylər, komplekslə bərabər, Qafqaz Universitetinin də bağlandığı qənaətinə gəlmək olarmı?