
Qaynar.info xәbər verir ki, ölkə.az əməkdaşının şahidi olduğu görüntü onun və müştərilərin kəskin etirazına səbəb olub.
Nizami küçəsi Səməd Vurğun adına Rus Dram Teatrı ilə üzbəüz yerləşən "Mado" türk restoranında erməni mahnısı səsləndirilib. Buna dərhal etiraz edən müştərilər restoran adminstrasiyasından mahnının dayandırılmasını və repertuartdan kənarlaşdırılmasını tələb ediblər. Etirazları nəzərə alan adminstrator müştərilərin tələbini yerinə yetirib.