Xəbər lenti

Qalmaqallı “ARMY Market”in sahibi kimdir? - FOTO
Ölkə06:02 12.08.2013

Qalmaqallı “ARMY Market”in sahibi kimdir? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər “Army Market” ətrafında qalmaqal səngimək bilmir. 

Ehtiyacı üzündən çörək oğurlamaq məcburiyyətində qalan qadının şəklini öncə marketin divarına yapışdıran market rəhbərliyi gələn etirazlardan nəticə çıxarmayaraq yaşlı qadının video görüntülərini də yayıb və bununla da özlərinin haqlı olduqlarını sübut etməyə cəhd edb. Halbuki o qadının addımı kimsə tərəfindən təqdir olunmamış, onun suçsuz olduğunu iddia edən də yox idi.

Əslində, ictimaiyyətin etirazına səbəb ehtiyacı ucbatından çörək oğurlamaq məcburiyyətində qalan qadının düşdüyü acınacaqlı durum və onun bu şəkildə ifşa edilməsi olub. 

Maraqlıdır ki, sözügedən marketin sahibinin kim olduğu da konkret açıqlanmır və bununla bağlı müxtəlif versiyaların olmasına baxmayaraq, hələ də gizli saxlanılır. Hətta "Army Market"in sahibinin Müdafiə Nazirliyində çalışan rəhbər şəxslərdən birinin olduğu da iddia edilib. Azerinfo.org-a daxil olan məlumatda isə deyilir ki, “Army Market” əslində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovundur.

Azərbaycanın ən uzun müddətli icra başçılarından olan Eyvaz Hüseynov Melkumyanı öldürməsi iddiası ilə gündəmə gələn İbad Hüseynovun qardaşıdır. Məlumatda bildirilir ki, marketin içərisində Ramil Səfərovla yanaşı, İbad Hüseynovun da şəkli asılıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info