Xəbər lenti

Qalmaqallı direktorun yerinə təyinat
Ölkə06:17 19.10.2022

Qalmaqallı direktorun yerinə təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinə yeni direktor təyinatı olub.
Məlumatı Qaynarinfo-ya Abşeron-Xızı Regional Təhsil İdarəsindən təsdiqləyiblər.
Məlumata görə, bu vəzifəyə idarədə metodist vəzifəsində çalışan Nuranə Vəliyeva təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl məktəbinin keçmiş direktoru Çinarə Atayevanın şagirdlərdən birini döyməsi və mobil telefonunu qırması ilə bağlı mətbuatda məlumat yayılmışdı. Bu səbəbdən isə direktorun əmək müqaviləsinə xitam verilmişdi.