Xəbər lenti

Qalmaqallı sinifdə şagirdlər hələ də dərsə girmir
Ölkə09:53 29.11.2017

Qalmaqallı sinifdə şagirdlər hələ də dərsə girmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəsimi rayonu 14 saylı tam orta məktəbin "3-Ç" sinfinin şagirdlərinin dərsə getməməsi ötən  gündən etibarən sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün də 31 uşağın  valideyni övladlarını dərsə göndərməyib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hazırda psixoloqların, BŞTİ-nin mütəxəssislərinin iştirakı ilə araşdırma davam edir. Vəziyyət dünənkindən dəyişməyib.  Çünki ilk  növbədə valideynlərin mövqeyi uzlaşdırılmalıdır. Hələ ki belə uzlaşma yoxdur. Valideynlər arasında söhbət aparılır. Məktəb hamıya oxuması üçün bərabər imkanlar yaradır. Bunu qanunvericilik tələb edir.
Araşdırma nəticəsində psixoloqlar, mütəxəssislər müvafiq rəy verəcək. Məktəbdə tədris olduğu kimi davam edir.  Hər hansı məktəbli dərsə getməyəndə məktəb onun  valideyni ilə əlaqə saxlayır. Uşaqların dərsdən qalmağı valideynlər üçün narahatlıq yaratmalıdır".