
Bir neçə gündür mətbuatda “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF) 31 mart – 1 aprel-də Almaniyanın paytaxtı Berlin şəhərində “Yeni Yanaşmalar və Yeni İmkanlar” mövzusunda forum keçirəcəyi ilə bağlı məlumatlar yayımlanır.
Sözügedən forumda Azərbaycan gənclərini ASAİF-in sədri Ramin Hakimovun təmsil etməsi birmənalı qarşılanmamışdı.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq həmin tədbir təxirə salınıb. Tədbirlə bağlı məlumatlar mediada yayımlanandan sonra rəsmi səviyyədə qərar qəbul olunub. Qərara əsasən Ramin Həkimov forumun təşkilatçılığından azad olunub. Təşkilatçısı ilə yanaşı forumun vaxtıl da dəyişdirilib.
ASAİF-in sədri Ramin Hakimovla bağlı isə araşdırma aparılır.
Qeyd edək ki, Ramin Hakimovla bağlı sosial şəbəkələrdə paylaşılan videodakı geyim tərzi də etirazla qarşılanıb. Onun qırmızı şalvarı, zərli köynəyi, bəyaz qanadlarının isə milli mənəvi dəyərlərə zidd olduğu bildirilir.