Xəbər lenti

“Qanun”a əlavə polislər gətirildi - FOTO
Ölkə08:50 12.06.2016

“Qanun”a əlavə polislər gətirildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib.

Qaynarinfo.az xəbər verir ki, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu səhər binanın ətrafına əlavə qırmızı təhlükəsizlik lentlərinin çəkildiyini bildirib:

“Nəşriyyat ətrafında bu səhər lentlər çəkildi, əlavə polis qüvvələri cəlb olunub”.

Qeyd edək ki, polislər nəşriyyata gəlmək səbəbi kimi binaya bomba qoyulması barədə məlumat daxil olduğunu göstəriblər. Lakin Şahbaz Xuduoğlunun bildirdiyinə görə, axtarış aparmaq üçün hər hansı sənəd təqdim etmədiklərindən onlar binaya buraxılmayıblar.

Qaynarinfo.az