Kriminal aləmdə tanınmış simalardan olan gürcü “qanuni oğru” Tamazu Qoqoladze həbs edilib. Anspress-in məlumatına görə, Solneçnıqorsk şəhər məhkəməsinin qəbul etdiyi qərarla “Çermen” ləqəbli “qanuni oğru” barədə hökm çıxarılıb.
Məhkəmənin qərarı ilə “Çermen” qanunsuz narkotik vasitələrin dövriyyəsilə məşğul olduğu üçün 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Tamazu Qoqoladze ötən ilin may ayında Moskva şəhəri yaxınlığında saxlanılıb. Rusiya Daxli İşlər Nazirliyinin əməkdaşları onu ötən ilin may ayının 7-də tutublar. Onun üstündən 2 kiloqram 500 qram metadon tapılıb.