
Qanunsuz ov edən şəxslər saxlanılıb.
Qaynarinfo.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakinləri Elnur Məmmədov, Nadim Süleymanov və Elnur Nəsirov Sincan kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılb.
Onlardan müvafiq sənədləri olmayan 4 ədəd "TOZ-16" markalı silah götürülüb.
Qaynarinfo.Az