Xəbər lenti

Qar hava yollarını da "vurdu"
Ölkə09:40 31.01.2014

Qar hava yollarını da "vurdu"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarlı hava şəraitinin müşahidə olunması bəzi təyyarə reyslərinin gecikməsinə səbəb olur. 

Azərbaycan Hava Yolları (AZAL) ASC-dən AzNews.az-a verilən məlumata görə, hazırda Moskva-Bakı təyyarə reysində gecikmə yaranıb. Bu həm də Rusiyada da havaların qeyri-sabit keçməsi ilə əlaqədardır. Belə ki, yerli vaxtla saat 12:00-da Bakıya çatmalı olan reys saat 13:50-yə qədər yubadılıb. 

Qurumdan qeyd olunub ki, ümumilikdə qarlı hava şəraiti AZAL işinə ciddi təsir göstərməyib: “Hələ ki, Bakıdan xarici ölkələrə nəzərdə tutulan uçuşlar vaxtında həyata keçirilir”.

Qaynar.info