Xəbər lenti

Qar İsmayıllıda yolları bağladı, hərəkət dayandı - VİDEO
Ölkə20:08 26.12.2016

Qar İsmayıllıda yolları bağladı, hərəkət dayandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarın yenidən yağması magistral yollarda çətinliklərə səbəb olub. Gecə saatlarında İsmayıllı-Muğanlı yolu bağlanıb. Havanın dumanlı olması vəziyyəti bir az da gərginləşdirib.
Gecə saatlarında İsmayıllı rayonuna 20 sm, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 sm hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb.
Ağırtonnajlı yük maşınları, sərnişindaşıyan mikroavtobuslar və mövsümə hazır olmayan avtomobillərin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq rayon 7 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Yollar qardan təmizlənir və nəqliyyatın hərəkəti bərpa olunub. Bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.(ARB TV)
Qaynarinfo.Az