Xəbər lenti

Qar Şamaxı yolunu bağladı
Ölkə06:25 04.12.2013

Qar Şamaxı yolunu bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şamaxıya ilk qar yağıb.


Qaynar.info Kanal S-ə istinadən xəbər verir ki, yağan qar rayon ərazisindəki avtomobil yollarına təsirsiz ötüşməyib. Gecədən yağan qar yolların buz bağlamasına səbəb olub. Bu isə, ən təhlükəli yollardan olan Şamaxı-Pirqulu yolunda sürcülər üçün çətin anlar yaşadıb.

Pirqulu istiqamətində hərkətə olan bütün avtomobillər yoldan qayıdıb. Bəziləri isə gecəni yolda keçirib.

Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 10-15 santimetrdən artıq qar yağıb. Qarın ən çox düşdüyü yerlər Məlhəm, Dəmirçi, Qızmeydan və Pirbəhli kəndləri olub.

Qeyd edək ki, qarın yağmasına baxmayaraq, Bakı-Şamaxı magistralı hərəkətə açıqdır.

Qaynar.info