Xəbər lenti

Qar və çovğun olacaq - Xəbərdarlıq
Ölkə09:11 20.02.2015

Qar və çovğun olacaq - Xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya daxil olan xəbərə görə, havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.  Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbərdarlıq

Fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. 

Qaynar.info