Xəbər lenti

Qar və yağış yağan rayonlar açıqlandı - Faktiki hava
Ölkə13:01 30.01.2021

Qar və yağış yağan rayonlar açıqlandı - Faktiki hava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya bildirilib ki, yanvarın 30-u saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, arabir yağıntılı olub.
Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Lənkəran, Ağsu, Quba, Biləsuvar, Ceyrançöl, Xaçmaz, Şabran, Nabran, Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Cilov adasında yağış, Qrız, Xaltan, Qusar, Altıağac, Mərəzə, Şamaxı, İsmayıllı, Qəbələ, Kişçay (Şəki), Göyçay, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıqda qar yağıb.