Xəbər lenti

“Qara bazar”da dollar durmadan bahalaşır
Ölkə05:45 27.04.2017

“Qara bazar”da dollar durmadan bahalaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son 3 gündə ardıcıl olaraq “qara bazar”da dollar bahalaşmaqda davam edir və artıq yenidən 1.70 manat həddinə yaxınlaşır.

"Qaynar" xəbər verir ki, fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, aprel ayının 27-də səhər saatlarında dolların alışı 1.6800 manata, satışı isə 1.6900 manata qədər yüksəlib. Bu isə son 3 gündə  dolların 1,7%-dək(hər gün 1 qəpik) bahalaşması deməkdir.

Xatırladaq ki, ötən gün "qara bazar"da ABŞ valyutası 1.6700 manata alınıb, 1.6800 manata satılırdı. 

Qaynar.Az