Xəbər lenti

“Qara geyimli qadın” tutuldu
Ölkə07:24 26.10.2013

“Qara geyimli qadın” tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nizami rayonu ərazisində oğurluqda günahlandırılan və uzun müddət axtarışda olan qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri axtarış əməliyyatları nəticəsində uzun müddət polisdən gizlənə bilən Məhluqə Əliyeva tutulub.

Qeyd edək ki, Məhluqə Əliyeva Cinayət Məcəlləsinin 177-ci maddəsilə axtarışda olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Məhluqə Əliyeva “Qara geyimli qadın” ləqəbi ilə məşhur olub. Onun bir neçə oğurluq və quldurlu cinayətləri ilə bağlı olduğu deyilir.

Qaynar.info