Xəbər lenti

Qarabağ əlillərinə şad xəbər - SƏRƏNCAM GÖZLƏNİLİR
Ölkə12:42 15.03.2014

Qarabağ əlillərinə şad xəbər - SƏRƏNCAM GÖZLƏNİLİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarabağ əlillərinin müavinətləri artırılacaq, övladları pulsuz təhsil alacaq

Yaxın günlərdə Qarabağ müharibəsi əlilləri ilə bağlı yeni dəyişikliklər olacaq. Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, əlillərin müavinətlərinin artırılması ilə bağlı ölkə başçısının müvafiq sərəncam imzalayacağı gözlənilir. 

Milli Məclisdən onu da bildiriblər ki, imzalanacaq sərəncamda pensiyaların məbləğində də artımın olmasınəzərdə tutulur. 

“Əlillərin müavinətlərinın məbləği kifayət qədər artırılacaq. Hətta artımın 50% olacağını da gözləmək olar. Bundan başqa, Qarabağ müharibəsi əlillərinin övladlarıödənişli əsaslarla ali məktəblərə daxil olacağı təqdirdə, onların təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi də gündəmdədir. Odur ki, yaxın vaxtlarda ölkə başçısının sərəncam verəcəyi gözlənilir” - deyə Milli Məclisdən bildiriblər.

Qaynar.info