"Qarabağ" Emil Balayevlə yolları ayırıb.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Emilin yaxın günlərdə Qazaxıstan təmsilçisi "Turan"la müqavilə imzalayacağı gözlənilir.
Millimizin qolkiperi daha əvvəl digər Qazaxıstan təmsilçisi "Tobol"da forma geyinmişdi.
Səbuhi Həsənov