Xəbər lenti

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır - Vitse-spiker
Ölkə14:50 13.05.2016

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır - Vitse-spiker

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Münaqişənin həllinə dair səylərin artırılması ilə bağlı fikirlərin səsləndiyi bir vaxtda Ermənistan tərəfi danışıqlarda konstruktiv mövqe nümayiş etdirmir, prosesləri pozmağa, status-kvonun uzadılmasına nail olmağa çalışır. Bunun üçün də ona havadarları müəyyən köməklik göstərir”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Parlamentdə “Təmas xəttində son hadisələr: Beynəlxalq Humanitar Hüququn Problemləri” adlı dinləmələrdə deyib.

Vitse-spiker bildirib ki, Ermənistan tərəfinin təmas xəttində təxribatları artmaqdadır: “Nəzərə almaq lazımdır ki, bu, yalnız son bir ayın məsələsi deyil, düşmən ölkə 2014-2015-ci ildən bu günə qədər ardıcıl məqsədyönlü şəkildə Azərbaycanı və ölkəmizi dəstəkləyənləri provakasiyaya çəkmək, təcavüzkar siyasəti davam etmək üçün imkanlar əldə etmək istiqamətində addımlar atılır və Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, nümayişkəranə şəkildə Azərbaycana çağırış edilir, ölkəmizin ərazisindəki mövcud maddi və mənəvi abidələr məhv edilir, orada olan tarixi izlər silinir və “Dağlı Qarabağ Respublikasının” tanıtdırılması istiqamətində beynəlxalq səylər göstərilir. Aprelin əvvələrində baş verən hadisələr zamanı mülki əhaliyə ciddi ziyan dəyib. Azərbaycan ordusunun müvafiq bölmələri təxribatın qarşısını almaq üçün ciddi hücumə keçdi. Azərbaycan üçün vacib olan bir neçə yüksəkliklər geri alınaraq, təmas xəttində böyük bir əraziyə nəzarət gücləndirildi. Bu söylənildiyini ki sadə deyil və bu vəziyyətdə belə davam etməsi də mümkün deyil”. 

B.Muradova vurğulayıb ki, aprelin əvvəlindəki döyüşlər zamanı Ermənistan tərəfinin uzun illərdir yaratdığı fikirlər sarsılıb: “Bu döyüşlər düşmən ölkənin daxilində ziddiyətli proseslərə start verdi. Ermənistan hakimiyyəti üçün arzuolunmaz proseslər getməyə başladı. O cümlədən Dağlıq Qarabağda müharibənin lazım olmadığı ilə əlaqədar fikirlər səsləndirildi. Erməni əsilli nümayəndələrin müxtəlif fikirləri bəyanatları səslənməkdədir. Bu onu göstərir ki, onların da artıq bir qismi vəziyyətdən yorulub və münaqişənin həllini istəyirlər.

Ermənistan münaqişəni başlatmqla ilk növbədə erməni xalqı üçün, Dağlıq Qarabağda yaşayan ermənilər üçün problem yaratdı. Onların gələcəyini məhv etdi. Ermənistan ərazisndə olan ermənilər özləri bilər, lakin Dağlıq Qarabağda Azərbaycan əsilli vətəndaşlarımız olduğu üçün onların problemlərini həll etməliyik. Bu, bizim üzərimizə düşən vəzifədir. Onları azad etməli, Azərbaycan vətəndaşlarını, qaçqın və məcburi köçkünləri öz evlərinə qaytarmalıyıq”, - deyə B.Muradova qeyd edib.

Vitse-spiker hesab edir ki, aprel hadisələri zamanı Azərbaycanın imkanlarının daha çox olduğu ortaya çıxdı: “Biz dünyaya göstərdik ki, Azərbaycan bu hadisə və vəziyyətlə barışmayacaq, buna dözümlülük nümayiş etdirməyəcək, ermənilərin provakasiyaları qarşısında siyasi və digər addımlar atacaq. Azərbaycan buna qadirdir. Azərbaycan ordusunun regionda ən güclü ordu olmasına heç kimin şübhəsi qalmadı. Əsas da Azərbaycan vətəndaşları öz ordusuna Ali Baş Komandana, ölkəmizin tezliklə münaqişənin həll edəcəyinə inamları bir daha möhkəmləndi. Bu inamla biz həmin dövrlərdə ordu-xalq, xalq və Ali Baş Koman birliyinin şahidi olduq. Bunu Ermənistan, eləcə də onları dəstəkləyən qüvvələr də gördü. 

Bununla bağlı mətbuatda geniş informasiyalar öz əksini tapıb, ölkə prezidenti keçirilən müşavirələrdə Azərbaycan dövlətinin mövqeyini açıqlayıb, qətiyyətli mövqe bizi vadar edir ki, biz bu siyasəti sona qədər aparmaqla Azərbaycan Prezidentinin apardığı siyasətətə dəstək verək, burada öz üzərimizə düşən vəzifəsni yerinə yetirək və parlament diplomatiyası vasitəsilə məsələləri , beynəlxalq hüququn pozulmasını, dünya ictimaiyyətinin və digər insanların diqqətinə çatdıraq. Tədbirimizin də məqsədi bundan ibarətdir”.

Qaynarinfo.az