Topaz Premyer Liqada 10-cu turun növbəti oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın qollarını 25-ci dəqiqədə Simeon Slavçev, 57-ci dəqiqədə Con Delarj vurub.