Xəbər lenti

"Qarabağ" portuqaliyalı yarımmüdafiəçi ilə danışıqlar aparır
İdman08:35 07.01.2022

"Qarabağ" portuqaliyalı yarımmüdafiəçi ilə danışıqlar aparır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"In heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib. 
Qaynarinfo xəbər verir ki, hazırda Bolqarıstan təmsilçisi "Çerno More”nin portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade ilə Ağdam klubu arasında danışıqlar gedir. Razılıq əldə olunacağı təqdirdə futbolçu tezliklə "Qarabağ”la müqavilə imzalayacaq.
"Transfermarkt” portalı da qiyməti 450 min avro dəyərləndirilən yarımmüdafiəçini artıq "Qarabağ”ın futbolçusu kimi təqdim edib. 
"Qarabağ" ötən ilin dekabrında Ukrayna təmsilçisi "Minay"dan Rüstəm Əhmədzadəni də heyətinə cəlb etmişdi. Ağdam təmsilçisi millimizin 20 yaşlı hücumçusu ilə 2026-cı il iyunun 30-a qədər müqavilə bağlamışdı.
Səbuhi Həsənov