Qarabağ qazilərinin internet media layihəsi fəaliyyətə başlayıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, “Qarabağ qazilər” İctimai Birliyinin təsisçisi olduğu xəbər portalı qaziler.az ünvanında yerləşir.
Tanınmış jurnalist və Qarabağ qazisi Rey Kərimoğlunun rəhbəri olduğu sayt günün əsas xəbərləri ilə yanaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb əlil olanların, şəhid olanların, onların ailə üzvlərinin, o cümlədən müharibə veteranlarının problemləri, onların döyüş və həyat yolu haqqında geniş məlumatlar, dövlətin bu qəbildən olan insanlara yönəlik gördüyü işlər haqqında mütəmadi və sistemli xəbər verməyi hədəfləyib.
Eyni zamanda, saytda ordumuzun dünəni və bu günü, dövlətin Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar və nəticəsi haqqında vaxtaşırı xəbərlər, analitik yazılar hazırlanacaq, vətəndaşlarımız, əsasən də, gənclər arasında hərbi vətənpərvərlik işinin təbliğ edilməsinə yardımçı olacaq.