Xəbər lenti

Qarabağ qazisi ölüm aclığına başladı - FOTOLAR
Ölkə11:02 24.02.2014

Qarabağ qazisi ölüm aclığına başladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ qazisi Namiq Ağayev bu gündən ölüm aclığına başlayıb. Bu barədə Musavat.com-a onun səngər yoldaşı, döyüşçü Asif Yusifli məlumat verib.

Əməkdaşımız Namiq Ağayevin evində olub və problemlə maraqlanıb. İkinci qrup əlil olan vətəndaş sosial problemlərinin ciddiliyindən və səhhətindən şikayətlənib. Onun sözlərinə görə, illərdir ki, pulsuzluq səbəbindən müalicə belə oluna bilmir və sağlamlıqla bağlı problemləri ciddiləşib.

O, illər əvvəl ev növbəsində durduğunu, lakin ona rüşvət vermədiyi üçün ev vermədiyini də bildirib.

Qazinin problemlərindən bəhs edən reportajı qəzetimizin sabahkı sayında oxuya bilərsiniz.

Qaynar.info