
Laçın rayonundan məcburi köçkün, Qarabağ veteranı İbrahimov Mütəllim Məhəmməd oğlu Yeni ili boş ciblərlə qarşılayıb.
Bu barədə Qaynarinfo.Az-a Qarabağ veteranının özü məlumat verib. İbrahimov bildirib ki, veteranlar üçün nəzərdə tutulan aylıq 50 manatlıq müavinətini hər ayın 25-də alsa da bu dəfə bankdan pulunu götürə bilməyib.
"Bankdan bildirdilər ki, sizin müavinətlər köçürülməyib. Biz də gözümüzü bayramqabağı həmin 50 manata dikmişdik. Təəssüf ki, bayramı belə bir qanqaraçılıqla qarşıladıq" - deyə İbrahimov əlavə edib.
Qeyd edək ki, İbrahimov Mütəllim Bakının Xətai rayonunda məskunlaşıb.
Qaynarinfo.Az