Xəbər lenti

Qarabağ veteranı özünü yandırmaq istədi
Ölkə11:13 25.07.2014

Qarabağ veteranı özünü yandırmaq istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Qarabağ müharibəsi veteranı, sahibkar Fəqan Nəsibov özünü Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında yandırmağa cəhd edib.

Qaynar.info bizimyolinfo.ya istinadən verdiyi məlumata görə, veteranın özünə qəsdə vadar edən səbəb kimi məmur özbaşınalığı göstərilir. F.Nəsibov deyib ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev onun 65 min dollarını mənimsəyib. Bu səbədən də veteran son çıxış yolunu özünə qəsd etməkdə görüb.

F.Nəsibov üzərinə benzini töküb özünü yandırmaq istədikdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb.

Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı PA-nın qarşısına ailəsi ilə birlikdə gəlib.

Qaynar.info