Xəbər lenti

Qarabağ veteranından "Futbol-Planet"lə bağlı İDDİA
Ölkə12:29 09.01.2014

Qarabağ veteranından "Futbol-Planet"lə bağlı İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallı rayon sakini Quliyev Məmmədağa Ağaqulu oğlu "Futbol-Planet" qəzetindən narazılıq edir. 

Vətəndaş marka.az-a verdiyi açıqlamasında bildirir ki, qəzetin futbol oyunları ilə bağlı elan etdiyi müsabiqədə uduş qazansa da, ona çatacaq pulu ala bilmir: "Mən Futbol-Planet qəzetinə futbol oyunu nəticələri ilə bağlı keçirilən müsabiqəyə variant vermişdim. 

Yazdığım nəticələr doğru çıxdı və mən iki dəfə arda-arda qalib oldum. Buna görə mənə çatacaq olan pul mükafatını Futbol-Planet qəzeti haqsızlıq edərək “pulumuz yoxdur” bəhanəsilə vermir. Sizdən şikayət edəcəyimi deyəndə “bizim heç kəsdən qorxumuz yoxdur, hara istəyirsən şikayət et” cavabı verirlər. Xahiş edirəm mənə kömək edəsiniz. 

Özüm ixtisasca həkiməm. Qarabağ müharibəsi veteranıyam. 

Udduğum varinatın tiraj nömrəsi: 468

Pin kod: 64 və 81

Uduşun miqdarı: 

1-ci dəfə 177,7

2-ci dəfə 177,7

Uduşlar 16.11.2013 tarixdə verilməli idi. Amma verilmədi. 

Əlaqə telefonum: (050) 576 80 13"

marka.az