Xəbər lenti

Qarabağa 400 könüllü göndərilir
Ölkə13:02 03.05.2016

Qarabağa 400 könüllü göndərilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Yerevandan Dağlıq Qarabağa daha 400 erməni könüllüsü yola düşəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, şəhərin Nubaraşen rayonunda yerləşən hərbi hissədən Qarabağa yollanacaq şəxslər “Yerkrapa” hərbi təşkilatının üzvləridir.
Onlar işğal olunmuş torpaqlardakı silahdaşlarını əvəzləmək üçün Qarabağa gedəcəklər.
Xatırladaq ki, Ermənistandakı Qarabağ müharibəsi veteranlarını sıralarında birləşdirən “Yerkrapa” təşkilatının 10 min üzvü var. Onlardan 5 mini işğal altındakı torpaqlarda yerləşdirilib.
Qaynarinfo.az