Xəbər lenti

Qarabağa görə Moskvadan bunu gözləyirik – Millət vəkili
Ölkə08:37 13.04.2016

Qarabağa görə Moskvadan bunu gözləyirik – Millət vəkili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Azərbaycanla tərəfdaş və Minsk Qrupunda həmsədr ölkə kimi İrəvan üzərində olan təsir imkanlarından istifadə edərək Ermənistanı sülhə məcbur etməsini gözləyirik.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Azərbaycana təcili sülh lazımdır:

“Ermənistan müstəqil dövlət deyil. Siyasi və iqtisadi nöqteyi-nəzərdən isə iflasın astanasındadır. İrəvan çıxılmaz vəziyyətdədir. Bu, Rusiyanın Ermənistan üzərindəki hazırkı təsir imkanlarını daha da artırır. Moskva istəsə, İrəvanı tezliklə sülhə məcbur edə bilər. Rusiyanın Azərbaycanla tərəfdaş və Minsk Qrupunda həmsədr ölkə kimi İrəvan üzərində olan təsir imkanlarından istifadə edərək Ermənistanı sülhə məcbur etməsini gözləyirik. Çox təəssüf ki, bu, hələ baş vermir. Ancaq bölgədə sülh yaranarsa və siyasi gedişat dəyişərsə, Rusiya bundan ən çox bəhrələnən tərəf olacaq. Azərbaycan Cənubi Qafqaz ölkəsi olaraq daha güclü əməkdaşlıq və tərəfdaşlığa hazırdır. Bir sözlə, Azərbaycana təcili sülh lazımdır”.

Qaynar.info