Xəbər lenti

Qarabağa helikopterdən baxış - FOTOLAR
Ölkə04:39 08.05.2014

Qarabağa helikopterdən baxış - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın işğal altında olan torpaqlarının növbəti görüntüləri yayılıb.

ANS-in məlumatına görə, bu dəfə ermənilər səfalı torpaqlarımız olan - Dağlıq Qarabağın havadan fotolarını çəkiblər.

Şuşanın işğal günü ərəfəsində yayılan fotolarda Xankəndi, Ağdərə, Əsgəran kimi torpaqlarımız əks edilib.

Şuşa 1992-ci il may ayının 8-də işğal edilib. Şuşanın ərazisi 289 km2, əhalinin sayı 24900 nəfər olub. Bu şəhərdə 193 nəfər şəhid olub, 102 nəfər əlil olub.

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olub. Şuşa rayonu 1930-cu ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək ərazisi Xankəndi (Stepanakert) rayonuna (1978-ci ildən Əsgəran rayonu) verilib, 1965-ci ildə yenidən müstəqil rayon olub.

Qaynar.info