Xəbər lenti

Qarabağda 2 erməni əsgəri öldürüldü
18:34 28.02.2015

Qarabağda 2 erməni əsgəri öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan ordusu cəbhə xəttində ağır itki verib. Qaynar.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib.
Bildirilir ki, bu gün saat 14:25 radələrində Qarabağın şimal-şərq hissəsində 2 erməni əsgəri öldürülüb. Belə ki, 1979-cü il təvəllüdlü hərbçi Artak Aqekyan və 1995-ci il təvəllüdlü Hayk Baroyan öldürülüb.
Qeyd edək ki, son aylar erməni hərbi birləşmələr Azərbaycan ordsunun mövqelərinə kəşfiyyat-təxribat hücumları həyata keçirirlər. Əsgərlərimizin sayıqlığı nəticəsində düşmən itki verərək geri çəkilir. 2014-cü ildən bu yana Ermənistan silahlı qüvələri 100-dən çox itki verib.
Qaynar.info

Oxşar xəbərlər