Xəbər lenti

Qarabağda ara qarışdı - FOTOLAR
Ölkə19:18 31.01.2015

Qarabağda ara qarışdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qondarma Dağlıq Qarabağ rejimi ilə erməni millətçiləri arasında qarşıdurma yaşanıb. Anspress-in məlumatına görə, Ermənistandan 43 avtomobillə Dağlıq Qarabağa yürüşə çıxan "rejimsiz 100 il" aksiyasının iştirakçılarının qabağı polis tərəfindən alınıb. 
Onlara müharibə rejiminə görə yürüşə icazə verilmədiyini bildiriblər. Bu zaman tərəflər arasında çaxnaşma baş verib.
Yürüş iştirakçıları jurnalistlərə bildirib ki, onlar sərhədə yaxınlaşan zaman silahlı maskalı şəxslər onlara hücum edib və yüzlərlə polisdə maskalılara qoşulub. 
"Jirayr Sefilyan maşından çıxıb onlarla danışmaq istədikdə minlərlə polis, həmdə hərbi qulluqçular çıxıb qadınları və uşaqları döyməyə başladılar. Jurnalisti döydülər, uşaqların oturduğu bizim maşınlarımıza daşlarla hücüm etdilər. Bizi maşınlardan çıxartmağa çalışır, telefonları alır, maşınlardan açarları götürür və bizi söyürdülər. Hətta 1 Martda belə olmamışdı, bu 1 Martın daha amansız təkrarı idi" - deyə yürüş iştirakçılarından biri açıqlama verib. 
Qarşıdurmada ”Noev kovçeq” qəzetinin Moskva müxbiri Anuşava Şaxnazaryan xəsarət alıb və o, Qoris xəstəxanasına aparılıb. Jurnalistin baş nahiyəsindən travma aldığı bildirilir. 
Aksiyaya rəhbərlik edən Jirayr Sefilyan başda olmaqla bütün yürüş iştirakçıları bədən xəsarətləri alıb.
Qaynar.info