Xəbər lenti

Qarabağda daha iki erməni əsgər öldü
Ölkə13:16 19.02.2016

Qarabağda daha iki erməni əsgər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İşğal altında olan Dağlıq Qarabağda iki erməni əsgəri ölüb.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, onların hansı şəraitdə öldüyü açıqlanmır.

Erməni mətbuatında yer alan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Əsgərlərin hər ikisi odlu silahdan açılan atəş nəticəsində ölüb.

Ölənlər 1997-ci il təvəllüdlü Kamo Ovanisyan və Temur Suloyandır.

Bənzər hadisə ötən gün də baş verib. 1997-ci il təvəllüdlü David Terteryanın hansı şəraitdə öldürrülmsi barədə heç bir informasiya verilmir.

Qaynar.info