Xəbər lenti

Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib
Ölkə19:21 05.05.2019

Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağın cənub-şərq hissəsində yerləşən qeyri-qanuni hərbi hissələrdən birinin döyüş postunda erməni hərbi qulluqçusu güllə yarası alıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 1998-ci il təvəllüdlü Aqanik Qarnnikoviç Zoroqlyanın vəziyyəti ağırdır.
Onun əsgər yoldaşı tərəfindən vurulması istisna edilmir.
Faktla bağlı istintaq aparıldığı bildirilir.