Xəbər lenti

Qarabağda erməni əsgəri öldü
Ölkə09:09 28.04.2017

Qarabağda erməni əsgəri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın işğal altında olan torpaqlarında daha bir erməni əsgəri ölüb. "Qaynar" İstipress-ə istinadən xəbər verir ki, ölən 1998-ci il təvəllüdlü Mqer Feliksoviç Arzumanyandır.

Məlumata görə, əsgər ölümü saat 09 radələrində, cəbhənin cənub istiqamətində baş verib.

Əsgər ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır. 

Son dəfə ermənilər Qarabağda əsgər ölümü haqqında informasiyanı aprelin 25-də yayıblar. İstiPress “news.am”a istinadən verdiyi məlumata görə, erməni ordusunun 19 yaşlı əsgəri Karen Avetisyan cəbhədə ölümcül yaralanıb.

Bir gün öncə isə 1997-ci il təvəllüdlü Arutyunyan Narek Amayakoviçin ölüm xəbəri yayılmışdı. 

Qaynar.Az