Xəbər lenti

Qarabağda erməni əsgəri yaralandı
Ölkə12:57 30.04.2017

Qarabağda erməni əsgəri yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarabağda yaralanmış erməni hərbi qulluqçusu Tatul Arutunyanın vəziyyəti ağır olaraq qalır.

"Qaynar" virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.

19 yaşlı Tatul Arutunyan Xankəndi hospitalından Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hərbi hospitalına aparılıb.

Yerli KİV bildirir ki, Tatul Arutunyan aprelin 17-də saat 18:20 radələrində işğal altındakı ərazilərimizdə yerləşən erməni qoşunlarının şimal istiqamətindəki mövqeyində yaralanıb.

Qaynar.Az