
İşğal olunmuş Azərbaycan ərazilərində erməni hərbçi minaya düşüb.
Qaynarinfo.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə qondarma "Dağlıq Qarabağ Respublikası"nın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, erməni hərbi hissələrindən birində minanın partlaması nəticəsində 1996-cı il təvəllüdlü hərbçi Qevor Arutyunyan yaralanıb. Ölümcül yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verdiyinin araşdırıldığı bildirilir.
Qaynarinfo.Az