
Erməni soyqırımı ərəfəsində Qarabağ müharibəsinin iştirakçılarının qəbirləri “erməni soyqırımı” qurbanları üçün qoylumuş Tsitsernakaberd memorial kompleksindən çıxarılmalıdır.
Ans press-in məlumatına görə, bu bəyantala çıxış edən müxalifətçi “Milli müqəddaratı təyinetmə” birliyinin başçısı Paruyr Ayrikyan deyib: “Onların məzarı Yerablur hərbi qəbristanlığına köçürülməlidir”.
Müxalifət liderinin fikrincə, Qarabağ müharibəsinin iştirakçıları soyqırım yox, etnik qarşıdurma zamanı həlak olublar. O bildirib ki, bu, “erməni soyqırımı” üçün 2015-ci il aprelin 24-ə nəzərdə tutulan 100 illik tədbirlərinə gələcək yüksək çinli qonaqlarda və başqa dövlətlərin başçılarında fərqli düşüncələr yarada bilər.
Ayrikyan bildirib ki, abidədə Qarabağ müharibəsi iştirakçılarının qəbrinin olması 1915-ci il hadisələrinin soyqırım yox, etnik qarşıdurma olmasını bildirən Türkiyə tərəfi üçün həddindən əlverişlidir. “Bu cür söhbətlərə yol verməmək üçün Tsitsernakaberddə Qarabağ döyüşçülərinin məzarı olmamalıdır”,- deyə erməni müxalifətçi vurğulayıb.
Əslində, erməni tarixini diqqətlə izlədikdə ermənilərin soyqırım deyə təqdim etmək istədikləri 1915-ci il hadisələrinin də məhz etnik qarşıdurma olduğunu görmək olur. Qarabağda olduğu kimi Türkiyənin Van vilayətində də ermənilər ruslara güvənərək çoxəsrlik qonşuları olan müsəlmanlara qarşı xaincəsinə zərbə vurublar. 1915-ci ilə qədər Türkiynənin cənub-şərqində yerləşən vilayətdə 430 min əhali yaşayırdı. Bunun 240 minini türklər, 92 minin ermənilər, 80 minini isə aysorlar təşkil edirdi. Qalan azlıq isə kürdlər idi. Van şəhərinin özündə isə 41 min adam yaşayırdı və bunun 23 mini ermənilər, qalanı 18 mini isə əsasən türklər idi. 1915-ci il aprelin 15-də Rusiya ordusunun Vana doğru irəlilədiyini görən ermənilər qiyam qaldırdılar və şəhərdə 15 minə qədər türkü öldürdülər. Hadisə zamanı minə yaxın türk əsgəri ölmüşdü, qəfil hücum edən ermənilər isə yalnız 350 adam itirmişdi. Onları isə müsəlman qardaşlarına yardım etməyə gələn kürd tayfaları qırmışdılar. Mayın 6-da Rusiya ordusu Van qalasını ələ keçirdi. Rusların işğalı zamanı türk əhali vilayəti tərk etməyə məcbur oldu. Amma oktyabr inqilabı baş verdikdən sonra 1917-ci ildə ruslar bölgəni tərk etdilər. Regiondakı kürd tayfalarından qorxan ermənilər İrəvana doğru köçməyə başladılar. Beləliklə, Van vilayətində kürdlərin payı artdı. Ermənilər isə yalnız İkinci Dünya müharibəsində yəhudilərin soyqırım vasitəsi ilə Almaniyadan böyük təzminat almasından sonra soyqırım əfsanələri uydurmağa başladılar. 1960-cı ildə Sovet İttifaqı da ermənilərə dəstək verdi və Ermənistanda Tsitsernakaberd memorial kompleksi tikildi. Hazırda dünyanın əksər dövlətləri erməni soyqırımı iddialarını rədd edirlər. Yalnız Türkiyəyə təzyiq etmək istəyən bəzi Avropa dövlətləri bu iddiaları qəbul edir.
Qaynar.info