Əgər yeni Qarabağ müharibəsi başlayarsa, Rusiyanın kimin tərəfində olacağı məlum deyil.
ANS PRESS-in məlumatına görə, bunu Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqlarının İnkişafı üzrə Şuranın üzvü İrina Xakamada vesti.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın Azərbaycanla münasibətlərində strategiyası yoxdur.
"Azərbaycan kifayət qədər güclüdür. Amma Qarabağda yeni müharibə başlasa bu, regionda sabitliyi pozacaq. Rusiya fəallaşacaq. Lakin kimin tərəfində olacağı məlum deyil. Rusiya vəziyyətdən öz maraqlarına uyğun şəkildə yararlanmağa çalışacaq", deyə İrina Xakamada bildirib.
Qaynar.info