Xəbər lenti

Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin sayı artır
Ölkə06:04 04.02.2021

Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin sayı artır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağda aparılan axtarışlar zamanı Ermənistan ordusunun müharibə zamanı itkin düşmüş daha bir hərbçisinin meyiti tapılıb.
Qaynarinfo news.am-a istinadən xəbər verir ki, məlumata görə, o, ikinci Qarabağ müharibəsində itkin düşüb. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 355 nəfərə çatıb.
İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, Ermənistanın mülki vətəndaşları, əsgərlərin valideynləri və könüllülər də qoşulub.
Daha əvvəl Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyiti tapıldığı xəbər verilib.